AZ

Çinin Qansu əyalətində 5,5 bal gücündə zəlzələ olub

Bakı, 26 yanvar, AZƏRTAC

Çinin Qansu əyalətində 5,5 bal gücündə zəlzələ baş verib.

AZƏRTAC xəbər verir ki, bununla bağlı Çin Zəlzələ Şəbəkələri Mərkəzi məlumat yayıb. Zəlzələ yerli vaxtla saat 14:56-da qeydə alınıb. Yeraltı təkanın ocağı 10 kilometr dərinlikdə yerləşib. Tələfat və dağıntı barədə məlumat yoxdur.

Seçilən
60
1
azertag.az

2Mənbələr