BAKI, 26 yanvar. TELEQRAF
“ABŞ-nin İrana mümkün hücumu Yaxın Şərqdə ciddi şəkildə qeyri-sabitlik yaradacaq”.
Teleqraf xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib.
Kremlin nümayəndəsi bildirib ki, Moskva bütün tərəflərdən təmkin gözləyir.
Peskov ABŞ-nin İrana qarşı mümkün hücumunu şərh edərkən vurğulayıb ki, bu, regionda vəziyyəti ciddi şəkildə poza biləcək növbəti addım deməkdir.
“Rusiya gərginliyin azaldılmasına kömək etmək üçün səylərini davam etdirir. Bu halda biz yenə də bütün maraqlı tərəflərdən təmkin gözləmək və onların təcili hesab etdiyi məsələlərin həllində yalnız dinc danışıqlara diqqət yetirmək istərdik”, - o əlavə edib.