AZ

İran ABŞ hərbçilərinə ailələri ilə vidalaşmağı tövsiyə etdi

İran ABŞ prezidenti Donald Trampın göstərişi ilə İrana qarşı yeni hərbi əməliyyatın planlaşdırıldığını iddia edərək ABŞ hərbçilərinə ailələri ilə vidalaşmaq üçün vaxt ayırmağı tövsiyə edib.

Editor.az xəbər verir ki, bu barədə İran İslam Respublikasının Milli Təhlükəsizlik Komitəsinin sədri İbrahim Əzizi sosial şəbəkələrdə paylaşım edib.

“Ümid edirəm ki, əgər ABŞ ağlı başında olmayan prezidentinin yanlış hesablamalarına uyaraq bir səhvə yol verərsə, bölgədəki hərbçiləri artıq ailələri ilə vidalaşıblar”, – deyə Əzizi bildirib.

Yanvarın 23-də Donald Tramp ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərin “ehtiyat tədbiri olaraq” İran istiqamətində hərəkətə başladığını açıqlamışdı. Wall Street Journal qəzetinin yazdığına görə, ABŞ lideri İrana qarşı “qətiyyətli” hərbi variantların gündəmdə saxlanılmasında israr edir.

2025-ci ilin dekabr ayının sonlarında isə İran milli valyutası – İran rialının kəskin dəyər itirməsi fonunda genişmiqyaslı etiraz aksiyaları ilə üzləşmişdi. Buna cavab olaraq hökumət təhlükəsizlik tədbirlərini sərtləşdirmiş, polis nümayişçilərə qarşı gözyaşardıcı qaz və qeyri-ölümcül silahlardan istifadə etmişdi. İran rəsmiləri baş verən iğtişaşlara görə məsuliyyəti xarici qüvvələrin üzərinə qoymuşdu. İran Xarici İşlər Nazirliyi etirazların arxasında ABŞ və İsrailin dayandığını iddia etmişdi.

//Gülnarə Abasova, Editor.az

Seçilən
16
editor.az

1Mənbələr