Bakı. Trend:
İran istənilən təcavüzə peşmanedici və əhatəli cavabverəcək.
Trend-inməlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuatkatibi İsmayıl Bəqai bu gün Tehranda keçirilən mətbuat konfransındadeyib.
Onun sözlərinə görə, İran əvvəlki dövrlərlə müqayisədə indi dahagüclü və daha hazırlıqlıdır.
Bəqai bildirib ki, İran öz potensialı və bacarığına güvənir vəkeçmiş təcrübələr, xüsusilə də ötən il baş verən müharibə İranıdaha da gücləndirib.
Xatırladaq ki, 2025-ci il 13 iyun səhər saatlarında İsrail İranahərbi hava zərbələri endirib. Zərbələr nəticəsində çoxlu saydayüksək rütbəli hərbçilər, generallar, nüvə alimləri və başqa yüksəksəviyyəli rəsmilər ölüb.
Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı iləİsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərəyüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu damülki itkilərə və genişmiqyaslı dağıntılara yol açıb.
22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumlarıedib. Nəticədə İranın nüvə obyektlərinin məhv edildiyi qeydolunub.
Əlavə edək ki, iyunun 21-ü axşam saatlarında İran ABŞ-ninQətərdəki hərbi bazasına hava zərbələri endirib.
24 iyunda İsrail Baş nazirinin ofisi İsrail hökumətinin ABŞPrezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsərazılaşdığını elan edib.
İranın Ali Milli Təhlükəsizlik Şurası da bəyanat yayaraqhücumların dayandırıldığını qeyd edib.