İran istənilən hərbi təcavüzə təəssüf doğuracaq cavab verəcək.
"Yeni Sabah" Fars News-a istinadla xəbər verir ki, bunu İran XİN-in sözçüsü İsmayıl Bəqai bildirib.
"Son aylarda bu iki aktorun (ABŞ və İsrail - red.) təhdidləri və yalan iddiaları gündəlik olaraq təkrarlanır. Lakin region ölkələri təhlükəsizliyin "yoluxucu" bir fenomen olduğunu və qeyri-sabitlik hədəfinin yalnız İranla məhdudlaşmayacağını yaxşı bilirlər.
Yerli imkanlara və dəyərli keçmiş təcrübələrə, xüsusən də Xordad qəhrəmanlıq döyüşünə güvənən İran hər zamankindən daha hazırlıqlıdır və hər hansı mümkün təcavüzə hərtərəfli, qətiyyətli və təəssüf doğuracaq cavab verəcək", - deyə mətbuat kativi vurğulayıb.
Telegram kanalımız