AZ

Pezeşkianın oğlu hakimiyyətə xəbərdarlıq etdi: Daha PİS OLACAQ

İran prezidentinin oğlu hakimiyyətdən internetə çıxışı bərpa etməyi tələb edib.

Publika.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti yazıb.

İran prezidentinin oğlu Yusif Pezeşkian ölkədə internet məhdudiyyətlərinin qaldırılmasına çağıraraq bildirib ki, hakimiyyət orqanları tərəfindən qəddarcasına yatırılan etirazların foto və videolarının yayılmasının qarşısını almaq cəhdləri heç nəyi həll etməyəcək və bununla heç nəyə nail olmaq mümkün olmayacaq.

"Bu o deməkdir ki, narazılar sırasına narazı olmayanlar da qoşulacaq. Etirazlar zamanı zorakılığı əks etdirən videoların yayımlanması gec-tez qarşılaşacağımız bir şeydir. İnternetin söndürülməsi heç nəyi həll etməyəcək. Biz sadəcə problemi təxirə salacağıq", - deyə Yusif Pezeşkian mesajlaşma tətbiqindəki paylaşımında qeyd edib.

Hökumət müşaviri Yusif Pezeşkian bildirib ki, təhlükəsizlik orqanları internet vasitəsilə təhlükəsizliyi təmin etməlidir və bu, həyati əhəmiyyət kəsb edir.

Seçilən
84
publika.az

1Mənbələr