AZ

Obama Trampa qarşı çıxdı, xalqı küçələrə çağırdı

ABŞ-ın keçmiş prezidenti Barak Obama Minneapolisdə federal agentlər tərəfindən Aleks Prettinin öldürülməsinə görə Donald Trampı sərt tənqid edib.

Publika.az xəbər verir ki, o, bu barədə "X" hesabında bəyanat yayıb.

Obama mövcud administrasiyanın böhranı daha da qızışdırmağa hazır olduğunu deyib: "Aleks Prettinin öldürülməsi ürəkağrıdan bir faciədir. Bu, partiya mənsubiyyətindən asılı olmayaraq hər bir amerikalıya xəbərdarlıq olmalıdır ki, millət olaraq əsas dəyərlərimiz getdikcə daha çox hücuma məruz qalır".

O, ölkədə bir çox İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) əməkdaşlarının və digər federal agentlərin cəzasız hərəkət etdiyinə inandığını bildirib. Həmçinin Tramp administrasiyasını agentlər arasında qanunsuz metodları təşviq etməkdə günahlandırıb.

"Hər bir amerikalı Minneapolisdə və ölkənin digər yerlərində baş verən dinc etiraz dalğasını dəstəkləməli və onlardan ilham almalıdır", - deyə Obama xalqı etiraza səsləyib.

Seçilən
16
publika.az

1Mənbələr