AZ

Minneapolisdəki etirazlarla bağlı yeni açıqlama

Ağ Evin administrasiyası yanvarın 24-də ABŞ-nin Minnesota ştatının Minneapolis şəhərində baş verən atışma ilə bağlı bütün halları araşdırır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “The Wall Street Journal” qəzetinə müsahibəsində bildirib.

Tramp sərhədçinin hərəkətlərinin düzgün olub-olmaması ilə bağlı suala cavab verərkən qeyd edib ki, vəziyyət hərtərəfli təhlil olunur:

“Biz bu hadisəni araşdırırıq, bütün detalları öyrənirik və müəyyən nəticələrə gələcəyik”, – deyə prezident vurğulayıb.

O, eyni zamanda atışma hallarına mənfi münasibət bəslədiyini bildirib.

“Mən silahlı insidentlərin baş verməsini sevmirəm. Amma eyni zamanda tam doldurulmuş silah və iki daraqla etiraza çıxan insanları da düzgün hesab etmirəm”, – Tramp əlavə edib.

ABŞ prezidenti gələcəkdə miqrasiya xidmətləri əməkdaşlarının Minneapolisdən çıxarıla biləcəyinə də işarə edib:

“Bir müddət sonra biz oradan gedəcəyik. Onlar fenomenal iş görüblər. Yerinə maliyyə maxinasiyalarını araşdıracaq başqa bir qrup göndərəcəyik”, – deyə o bildirib.

Tramp həmçinin Kaliforniyada sosial sahədəki dələduzluq hallarının miqyasının Minnesota ilə müqayisədə daha ciddi ola biləcəyini söyləyib.

Qeyd edək ki, atışma zamanı sərhəd xidməti əməkdaşı 37 yaşlı ABŞ vətəndaşı, tibb qardaşı kimi çalışan Aleks Pretti güllələyib öldürüb.

Sara

Seçilən
17
nocomment.az

1Mənbələr