AZ

Çin hökuməti vətəndaşlara Qərbin yumşaq işğalı ilə bağlı xəbərdarlıq etdi

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Çin öz vətəndaşlarına digər ölkələrin həyat tərzini və Qərb mədəniyyətini tərifləyən zərərli onlayn məzmunlarla bağlı xəbərdarlıq edib.

Oxu.Az xəbər verir ki, bu barədə Çin Dövlət Təhlükəsizliyi Nazirliyi məlumat yayıb.

"Xarici ölkələrin həyat tərzini tərifləyən və yerli mədəniyyəti alçaldan çərçivə yaradırlar. Bu cür məzmunun yaradıcıları qəsdən məlumatları seçir və xaricdəki həyatın parlaq obrazını yaratmaq üçün "səhnələşdirilmiş ssenarilərdən" istifadə edirlər. Bundan əlavə, çox vaxt Çinin daxili inkişafının nailiyyətlərini görməzdən gəlirlər. Onların məqsədi sosial mediada "Ayın daha dairəvi olduğu" barədə təhrif olunmuş bir təsəvvür yaratmaq və bununla da Qərb ideologiyalarının "yumşaq işğalı" üçün münbit zəmin yaratmaqdır", - deyə nazirlikdən bildirilib.

Nazirlik bəyan edib ki, sağlam kiberməkanın təşviqi və ideoloji təhlükəsizlik üçün səylərin birləşdirilməsinə ehtiyac var.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
oxu.az

1Mənbələr