AZ

ABŞ-da federal agentlərin açdığı atəş nəticəsində tibb işçisi həlak olub » AzadMedia.az

ABŞ-da

ABŞ-ın Minneapolis şəhərində federal agentlərin açdığı atəş nəticəsində bir nəfər həyatını itirib. Hadisə ölkədə ciddi ictimai rezonans doğurub və federal təhlükəsizlik qurumlarının fəaliyyəti ətrafında müzakirələri yenidən alovlandırıb.

Məlumata görə, atışma zamanı ölən şəxs 37 yaşlı Alex Pretti olub. O, Minneapolisdə yerləşən tibb müəssisələrindən birində reanimasiya şöbəsində tibb bacısı kimi çalışırdı. Federal qurumlar bildiriblər ki, əməliyyat zamanı təhlükə yarandığı üçün agentlər silahdan istifadə etməyə məcbur qalıblar.
Rəsmi açıqlamalarda qeyd olunur ki, Pretti agentlərə doğru hərəkət edib və bu, təhlükə kimi qiymətləndirilib. Lakin hadisə şahidləri və sosial şəbəkələrdə yayılan videolarda vəziyyətin fərqli olduğu, mərhumun silahlı müqavimət göstərmədiyi iddia edilir.

Baş verən hadisə ABŞ-da miqrasiya siyasəti və federal əməliyyatlara qarşı etirazların gücləndiyi bir dövrə təsadüf edir. Minneapolisdə və digər şəhərlərdə etiraz aksiyaları keçirilib, iştirakçılar federal agentlərin səlahiyyətlərinin məhdudlaşdırılmasını tələb ediblər.

Minnesota ştatının rəhbərliyi hadisə ilə bağlı şəffaf araşdırma aparılacağını bəyan edib. Federal qurumların fəaliyyəti isə həm hüquq-mühafizə orqanları, həm də ictimaiyyət tərəfindən ciddi şəkildə müzakirə olunur.

Seçilən
24
1
azadmedia.az

2Mənbələr