AZ

Naxçıvan şəhər məktəblərində maarifləndirici görüşlər keçirilib

Naxçıvan şəhər məktəblərində maarifləndirici görüşlər keçirilib

Azərbaycan Respublikasının Gənclər Fondunun “Konstitusiya və Suverenlik İli” çərçivəsində elan etdiyi qrant müsabiqəsinin qalibi olan “Liderin İzi, Millətin Qüruru” layihəsi çərçivəsində Naxçıvan şəhərində yerləşən ümumtəhsil müəssisələrində maarifləndirici görüşlər təşkil olunub.

AFN.az xəbər verir ki, layihə çərçivəsində Heydər Əliyev adına tam orta məktəbdə, H. Cavid adına 5 nömrəli, A.Cəlilov adına 12 nömrəli və Ə. Ağayev adına 8 nömrəli tam orta məktəblərdə təlimlər keçirilib.

Tədbirlərdə 8–11-ci sinif şagirdləri iştirak edib, Prezident İlham Əliyevin liderlik fəaliyyəti, dövlətçilik siyasəti və Vətən müharibəsində əldə olunan tarixi Zəfər barədə məlumat verilib. Görüşlər interaktiv formatda təşkil olunub, şagirdlərin sualları cavablandırılıb.

Qeyd edək ki, layihə Naxçıvan Müəllimlər İnstitutunun, eləcə də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilib.

Seçilən
40
3
afn.az

4Mənbələr