“Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin 8-ci turunda İngiltərə çempionu “Liverpul” ilə keçirəcəyi oyunun hakimi açıqlanıb.
Fanat.Az xəbər verir ki, qitə futbol qurumu yanvarın 28-də İngiltərədə təşkil olunacaq görüşü Slovakiyadan olan hakimlər briqadasına həvalə edib.
Matçın baş hakimi FIFA referisi İvan Krujlyak olacaq.
Qeyd edək ki, "Liverpul" - "Qarabağ" oyunu yanvarın 28-dən 29-na keçən gecə baş tutacaq. Matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.