"Sabah" futbolçusu Ayaz Quliyevlə yollarını ayırıb.
"Unikal" xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
29 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Ayaz Quliyev 2023-cü ildən "Sabah"da çıxış edirdi. O, bu müddətdə komandanın heyətində 54 oyun keçirib.