ain.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İslam dininə aid ibadət yerlərində vakant vəzifələrin tutulması üçün müsahibə elan edilib. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Qeyd edilir ki, Komitə imam vəzifəsi üzrə 17, imam müavini vəzifəsi üzrə 31 məsciddə vakant yer elan olunub. Bununla bərabər, kişi dini ayinlərin icraçısı vəzifəsi üzrə 9, qadın dini ayinlərin icraçısı vəzifəsi üzrə isə 4 məsciddə müsahibə elan edilib. Müsahibədə iştirak üçün müraciətin qaydası məlumatda qeyd edilir.
İlahiyyatçı Hacı Atif İsmayılov “Sherg.az”a açıqlamasında bildirdi ki, “Dini etiqad azadlığı haqqında” Qanuna görə dini təhsili olmayanların məscidlərdə, dini ibadət yerlərində dini ayinlər icra etmək hüququ yoxdur, belə şəxslər dini ibadət məkanlarına vəzifəyə təyin edilə bilməz: 
- Əvvəllər din xadmlərinin vəzifəyə təyinatına fərqli rakursdan yanaşılırdı. Qazfqaz Müsəlmanları İdarəsi bu məsələdə təkcə dini biliklərin elmi səviyyədə mənimsənilməsinə deyil, işin mənəvi tərəfinə də önəm verirdi. Hansısa bölgədə, ərazidə məscidin imamı, axundu əhali tərəfindən hörmət bəslənilən, nüfuzlu şəxs kimi qəbul edilirdisə, həmin şəxsin imanı, təqvası, camaatla ünsiyyəti nəzərə alınaraq vəzifəyə təyin edilirdi. Dini biliklərlə yanaşı, həm də şəxsin nüfuzu da nəzərə alınırdı. İmtahan götürülürdü və vəzifəyə təyin edilirdi. Yəni, din xadimləri, elmi institutlarda, hansısa dini hövzələrdə təhsil almamış olsalar da, dini bilikləri vardısa və kütlə onu qəbul edirdisə, QMİ məsələyə bu yöndən yanaşıb həmin şəxsi imam, axund təyin edirdi. Amma qanunda məlum dəyişiklikdən sonra dini biliyə malik axundlar, rəsmi qaydada diplomları yoxdursa, vəzifəyə təyin edilə bilməzlər. Bu iş dini komitəyə həvalə edilib və komitə tərəfindən qanunvericiliyə uyğun şəkildə tənzimlənir. Dini ibadət yerlərində vəzifəyə təyin olunmaq istəyən şəxsin dini savadını təsdiq edən diplomunun olması şərtdir. Hər hansı insan yüksək dini biliyə sahibdirsə, amma bunu təsdiq edən sənədi - diplomu yoxdursa, müsahibədə iştirak üçün müraciət edə biməz, vəzifəyə də təyin edilməyəcək.
H.A.İsmayılov qeyd etdi ki, namizədlərlə keçirilən müahibədə dini biliklər yanaşı, dünyəvi məsələlərlə bağlı da suallar verilir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.