Tanınmış jurnalist Səidə Bəkirqızı müğənni Rəqsanə İsmayılovadan hüquq-mühafizə orqanlarına şikayət etdi
NOCOMMENT.az xəbər verir ki, insident jurnalistin sosial şəbəkələrdə müğənninin geyim tərzi ilə bağlı tənqidi fikirlər səsləndirməsindən sonra baş verib.
Bildirilir ki, Rəqsanə İsmayılova cavab haqqından istifadə edərkən tənqidə münasibət bildirməklə kifayətlənməyib, jurnalistin şəxsi həyatına müdaxilə edərək onun ünvanına bir sıra təhqiredici ifadələr işlədib.
Məlumata görə, Səidə Bəkirqızı bu açıqlamaları şəxsi toxunulmazlığın pozulması və etik çərçivələrin aşılması kimi qiymətləndirərək məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına rəsmi müraciət edib.
Hazırda şikayət üzrə araşdırma aparıldığı bildirilir./Azərbaycan Reallığı/