AZ

Lukaşenko: Belarus Silahlı Qüvvələrində döyüş hazırlığının yoxlanılması yazadək davam edəcək

Belarus Silahlı Qüvvələrində döyüş hazırlığının yoxlanılması yaz mövsümünə qədər davam edəcək.

“İki sahil” xəbər verir ki,  bu barədə Belarus lideri Aleksandr Lukaşenko məlumat verib. Onun sözlərini BELTA agentliyi sitat gətirib.

“Bu yoxlama mövcud ciddi şəraitdə yazadək davam edəcək”, — deyə Lukaşenko bildirib.

Qeyd edək ki, Belarus Silahlı Qüvvələrində gözlənilməz və genişmiqyaslı döyüş hazırlığı yoxlanışı yanvarın 16-da başlayıb.

Belarusun Təhlükəsizlik Şurasında isə bildirilib ki, dövlət başçısı Aleksandr Lukaşenko hərbi hissələrin döyüş hazırlığı vəziyyətinə gətirilməsinə şəxsən nəzarət edir.

Seçilən
25
ikisahil.az

1Mənbələr