Məşhur rusiyalı televiziya aparıcısı və aktrisa Veronika Qaniç 59 yaşında vəfat edib.
Publika.az xəbər verir ki, onun ölüm xəbərini həmkarları sosial mediada yayıblar. Paylaşımda deyilir: "Bu dəhşətli itkidən inanılmaz dərəcədə kədərlənirik və dərin kədər duyuruq. Lakin Nikanın enerjisi bizimlə qalacaq - başladığı və xatirəsi üçün davam etdirəcəyimiz işdə. Xoş xatirə. Ailəsinə və dostlarına başsağlığı veririk".
Qaniçin ölüm səbəbi dəqiqləşdirilməyib.
Qaniç 1987-ci ildə Boris Şukin adına Teatr İnstitutunu bitirib. Model və aparıcı Oksana Fedorova ilə birlikdə "Rossiya 1" kanalında "Subbotnik" verilişinin, eləcə də NTV-də səhər şousunun bir bölümünün aparıcısı olub. Qaniç həmçinin "Kulagin və tərəfdaşlar", "Qarajlar" və digər filmlərdəki rolları ilə də tanınır.