Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
"Azərbaycan-İsrail münasibətləri inkişaf edir. Bu münasibətlər ən geniş və müxtəlif sahələri əhatə edir. Bu gün iki dövlət arasında olan münasibət strateji xarakter daşıyır".
Oxu.Az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov israilli həmkarı Gideon Saarla birgə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, iki dövlət arasındakı münasibətlərdən danışarkən, Azərbaycanda olan və ölkəmizin sosial-iqtisadi, mədəni həyatının çox vacib hissəsi olan yəhudi icmasını qeyd etməyə bilmərik:
"Eyni zamanda, İsraildə olan böyük bir icmada təmsil olunanlar Azərbaycandan ora köçən insanlardır və onların da iki ölkə arasında olan münasibətlərə müsbət töhfəsi var".
Ceyhun Bayramov: "Azərbaycan-İsrail münasibətləri strateji xarakter daşıyır"
Mərahim Nəsib
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.