AZ

Bilgəhdə sürücülər üçün təhlükə yaradan açıq kanalizasiya lükləri ilə bağlı TƏDBİR GÖRÜLDÜ

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Sabunçu rayonunun Pirşağı qəsəbəsində sürücülər təhlükəli vəziyyətlə üz-üzə qalıblar.

Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntülər yayılıb.

Bilgəhdə sürücülər üçün təhlükə yaradan açıq kanalizasiya lükləri ilə bağlı TƏDBİR GÖRÜLDÜ

Bildirilir ki, hərəkətin intensiv olduğu Ağa Əlizadə küçəsində bir neçə kanalizasiya lükünün qapağı yoxdur.

"Açıq qalan lüklər həm avtomobillərin hərəkəti, həm də yol hərəkəti iştirakçılarının təhlükəsizliyi üçün ciddi təhlükə yaradır", - deyə şikayətdə vurğulanır.

Oxu.Az-ın sorğusuna cavab olaraq Suraxanı Rayonu İcra Hakimiyyətindən bildirilib ki, sözügedən lüklərin üstü örtülüb.

"Suraxanı rayonunun bütün qəsəbələrində olduğu kimi, Pirşağı qəsəbəsində də qəsəbədaxili yolların asfaltlanması mərkəzləşmiş qaydada Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən dövlət investisiya proqramları çərçivəsində həyata keçirilir.

Pirşağı qəsəbəsi, Ağa Əlizadə küçəsində də yolun təmiri ilə bağlı tədbirlərin dövlət investisiya proqramına əlavə edilməsi üçün rayon icra hakimiyyəti tərəfindən aidiyyəti üzrə məktubla müraciət olunub", - deyə məlumatda bildirilir.

Əzizə İsmayılova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
oxu.az

1Mənbələr