AZ

Kreml Əbu-Dabi danışıqlarını müsbət qiymətləndirib

Moskva, 26 yanvar, AZƏRTAC

Kreml Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında Əbu-Dabidə keçirilən təhlükəsizlik danışıqlarını müsbət qiymətləndirib.

AZƏRTAC xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov əlaqələrin konstruktiv şəkildə başlamasının özünün müsbət əlamət olduğunu bildirib. Onun sözlərinə görə, danışıqların artıq gələn həftə davam etdirilməsi planlaşdırılır, baxmayaraq ki, Moskva məsləhətləşmələr zamanı qaldırılan konkret mövzuları açıq şəkildə müzakirə etmək niyyətində deyil.

Peskov vurğulayıb ki, Ankoric formulunun bir hissəsi olan ərazi məsələsi Rusiya tərəfi üçün fundamental əhəmiyyət kəsb edir və Prezident Vladimir Putinin ardıcıl mövqeyini əks etdirir.

Qapalı qapılar arxasında keçirilən ikigünlük təhlükəsizlik danışıqları şənbə günü Əbu-Dabidə başa çatıb.

Bu danışıqlardan əvvəl Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun rəhbərlik etdiyi Amerika nümayəndə heyəti arasında görüş keçirilib.

Fəridə Abdullayeva

AZƏRTAC-ən xüsusi müxbiri

Moskva

Seçilən
48
1
azertag.az

2Mənbələr