AZ

KİV: Rusiya Suriyanın Qamışlı aerodromunu tərk edir

Rusiya hərbi qüvvələri Suriyanın Qamışlı aerodrom tərk edir.

APA xəbər verir ki, bu barədə “K24” kanalı məlumat yayıb.

Məlumata görə, qırıcı təyyarələr, helikopterlər və digər hərbi texnika növləri nəqliyyat vasitələrinə yüklənir və sözügedən ərazidən çıxarılır.

Qeyd edək ki, Rusiya Qamışlı aerodromunu 2019-cu ildən bəri nəzarətdə saxlayır.

Seçilən
108
1
apa.az

2Mənbələr