AZ

ANAMA-nın əməkdaşı Malayziyada öldü – FOTO

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı dünyasını dəyişib.

KONKRET.az xəbər verir ki, 2004-cü il təvəllüdlü Orxan Məhərrəmov bir neçə gün komada qaldıqdan sonra vəfat edib.

Bildirilib ki, O.Məhərrəmov Malayziyanın Kuala-Lumpur şəhərində təlimdə olarkən halı pisləşib. Daha sonra ona iynə vurulduqdan sonra isə komaya düşüb.

Mərhumun cənazəsi Bakıya göndəriləcək.

(azxeber.com)

Seçilən
29
9
konkret.az

10Mənbələr