AZ

Edin Dzeko ən yaşlı qolçu oldu

“Şalke”nin hücumçusu Edin Dzeko Almaniya II Bundesliqasında “Kayzerslautern”lə keçirilən oyunda (2:2) fərqlənməklə turnir tarixinə ən yaşlı qol müəllifi kimi düşüb.

Msport.az xəbər verir ki, bosniyalı forvard bu nailiyyətə debüt matçında imza atıb.

Qol vurduğu anda 39 yaş, 10 ay və 8 günlüyündə olan Dzeko Helmut Hallerin rekordunu yeniləyib. 1979-cu ilin fevralından bəri qüvvədə olan əvvəlki rekordçu təxminən 3 ay daha gənc olub.

Qeyd edək ki, Edin Dzeko “Şalke”yə azad agent statusu ilə keçib və cari mövsümün sonuna qədər Helzenkirhen təmsilçisinin formasını geyinəcək.

Seçilən
17
msport.az

1Mənbələr