AZ

Sahibə Qafarova Asiya Parlament Assambleyasının 16-cı plenar sessiyasında çıxış edib

Bəhreyn Krallığında rəsmi səfərdə olan Milli Məclisin sədriSahibə Qafarova yanvarın 26-da Asiya Parlament Assambleyasının(APA) 16-cı plenar sessiyasında çıxış edib.

Milli Məclisin sədri çıxışında bildirib ki, 2024-cü ilinfevralında Bakıda keçirilmiş 14-cü plenar sessiyada AzərbaycanRespublikasının Milli Məclisi APA-ya sədrliyi öz üzərinə götürüb.Azərbaycanın sədrliyi dövründə ölkəmiz Assambleya çərçivəsindəəməkdaşlığın və dialoqun dərinləşdirilməsi istiqamətində fəalsəylər göstərib. Bu, Azərbaycanın APA-ya mühüm parlamentlərarasıplatforma kimi verdiyi əhəmiyyətin göstəricisidir. Sahibə Qafarovavurğulayıb ki, cari ildə APA-nın yaradılmasının 20-ci ildönümününqeyd edildiyi bir məqamda Assambleya artıq konstruktiv dialoq vəhəmrəylik üçün mühüm çoxtərəfli təsisata çevrilib.

Son iki ildə görülən işlər barədə məlumat verən spiker SahibəQafarova Azərbaycanın sədrliyi dövründə təşkilatın tərkibiningenişləndiyini qeyd edib. Belə ki, ötən il Bakıda keçirilən 15-ciplenar sessiyada Oman Sultanlığının Şura Məclisi APA-nın tamhüquqluüzvü olub, Belarus Respublikası Milli Assambleyasının RespublikaŞurası isə müşahidəçi statusu alıb. Həmçinin APA-da müşahidəçistatusuna malik beynəlxalq təşkilatların sayı artırılaraq, ƏrəbParlamentləri Baş Katibləri Assosiasiyasına da müvafiq statusverilib.

Sahibə Qafarova Azərbaycanın sədrliyi dövründə institusionalinkişaf məsələlərinə xüsusi diqqət yetirildiyini, Büro iclaslarınınyenidən keçirilməyə başlandığını və onların Daimi Komitələriniclasları çərçivəsində keçirildiyini diqqətə çatdırıb. Bildirilibki, bu öz növbəsində təşkilatın gündəliyindəki məsələləri dahaoperativ şəkildə nəzərdən keçirməyə və müzakirə etməyə imkan verir.Bununla yanaşı, Assambleyanın fəaliyyətini gücləndirəcək yenimexanizmlərin yaradılmasına böyük diqqət yetirildiyi, o cümlədənAzərbaycan tərəfindən Qadınlar üzrə Komissiyanın təsis edilməsitəşəbbüsünün irəli sürüldüyü vurğulanıb. Həmçinin bildirilib ki,sədrliyimiz dövründə APA-nın büdcəsinin formalaşdırılmasına dairqərar üzrə konsensus əldə edilib ki, bu da Assambleyanınimkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsbedir.

Məlumat verilib ki, APA-nın əlaqələndirmə mexanizmlərinintəkmilləşdirilməsi istiqamətində geniş iş aparılıb, sədrliyimizdövründə Parlamentlərarası İttifaq çərçivəsində təşkilatın 4əlaqələndirmə iclası keçirilib. Bu görüşlər ortaq maraq doğuranbeynəlxalq məsələlər üzrə əməkdaşlığın və koordinasiyanıngücləndirilməsi baxımından səmərəli olub.

Milli Məclisin sədri vurğulayıb ki, Azərbaycanın sədrliyidövründə APA-nın parlament diplomatiyasında rolunun və beynəlxalqmüstəvidə nüfuzunun artırılması məsələlərinə də xüsusi diqqətyetirilib. O, APA ilə digər parlamentlərarası təşkilatlar arasındaəməkdaşlığın inkişafını bu məqsədə çatmaqda təsirli vasitə hesabetdiyini qeyd edib. Xüsusilə, APA ilə hazırda Azərbaycanın sədrliketdiyi Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi arasında səmərəliəlaqələr qurulub və APA nümayəndə heyəti Şəbəkənin işində müntəzəmtəmsil olunur.

Parlamentin spikeri qeyd edib ki, dünyadakı mövcud çətinliklərvə münaqişələr fonunda mədəniyyətlərarası və sivilizasiyalararasıdialoqun təşviqi artıq seçim deyil, bir zərurətdir. Çünki qlobalsülhə və rifaha nail olmaq, ilk növbədə, xalqlar arasında etimad vəqarşılıqlı anlaşmanın qurulmasından keçir. Bu mənada Asiya regionuzəngin irsi ilə böyük potensiala malikdir. Regionun müxtəlifliyiölkələrimiz arasında bölücü xətt kimi deyil, bizi daha dayaxınlaşdıran və dialoqumuzu məzmunlu edən dəyər kimi qəbuledilməlidir.

Spiker Sahibə Qafarova çıxışında Azərbaycanın mədəniyyətlərarasıdialoqun sadiq tərəfdaşı olduğunu vurğulayaraq, ölkəmizin BMT-ninSivilizasiyalar Alyansı Forumu, Qlobal Bakı Forumu və Dünya DiniLiderlərinin Sammiti kimi mötəbər tədbirlərə ev sahibliyi etməkləbu prosesə davamlı töhfələr verdiyini bildirib. Qeyd olunub ki,Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə başladılmış“Bakı Prosesi” çərçivəsində keçirilmiş Ümumdünya MədəniyyətlərarasıDialoq Forumu BMT tərəfindən mədəniyyətlərarası və dinlərarasıdialoq üçün əsas qlobal platforma kimi tanınır. 2024-cü ilinmayında keçirilən 6-cı Forum çərçivəsində Milli Məclis tərəfindəntəşkil olunmuş Parlamentlərarası Konfrans isə bu dialoqa "parlamentölçüsü" qazandırıb.

Milli Məclisin sədri 2025-ci ilin iyulunda Parlamentlərarasıİttifaq tərəfindən təşkil edilən Parlament Sədrlərinin AltıncıÜmumdünya Konfransındakı çıxışı zamanı həmin qurumumədəniyyətlərarası dialoqu gələcək gündəliyinə və fəaliyyətinədaxil etməyə çağırdığını xatırladıb. O, APA-nın bu məsələnin həlliistiqamətindəki səylərinin təqdirəlayiq olduğunu bildirib.

APA-nın gündəliyində prioritet yer tutan iqlim dəyişikliyi iləmübarizə məsələsinə toxunan Milli Məclisin sədri bildirib ki,2024-cü ildə COP29-a uğurla ev sahibliyi edən Azərbaycan müxtəliftərəflər arasında körpülər quraraq qlobal həmrəyliyə nail olub.Regionun digər bir dövləti olan qardaş Türkiyənin COP31-ə yüksəksəviyyədə ev sahibliyi edəcəyinə inam ifadə olunaraq, onun busahədəki fəaliyyətinin qlobal iqlim hədəflərinə çatmaqda mühüm roloynayacağı vurğulanıb.

Çıxışında bölgəmizin 2026-cı ildə ev sahibliyi edəcəyi digərmühüm hadisənin — bu ilin mayında Bakıda keçiriləcək ÜmumdünyaŞəhərsalma Forumunun 13-cü sessiyasının əhəmiyyətini vurğulayanparlamentin sədri Sahibə Qafarova, davamlı şəhərsalmanın qlobalinkişafın gündəliyi ilə sıx əlaqəli olduğunu deyib. O, APA-ya üzvolan bütün ölkələri bu Forumda fəal iştirak etməyə dəvət edib.

APA-da sədrlik rəsmi olaraq Bəhreyn Krallığının NümayəndələrŞurasına təhvil verilib.

Seçilən
130
15
az.trend.az

10Mənbələr