AZ

“Yüksələn işıq”: REZA-nın fotosərgisi Heydər Əliyev Beynəlxalq Aeroportunda təqdim olunur (FOTO)

Bakı. Trend:

23 yanvar–27 mart tarixlərində dünya şöhrətli fotoqraf vəfotojurnalist Reza Deqatinin (REZA) “Yüksələn işıq” adlıfotosərgisi Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportu Terminal1-in beynəlxalq uçuşlar ərazisində nümayiş etdirilir.

Layihə AZCON Holding şirkətlərindən olan “Azərbaycan HavaYolları” (AZAL) və Heydər Əliyev Beynəlxalq Aeroportu, eləcə də“Boeing” şirkətinin dəstəyi ilə həyata keçirilir və hava limanınınbeynəlxalq zona üzrə mədəni proqramı çərçivəsində təqdimolunur.

“Yüksələn işıq” sərgisi Azərbaycanı REZA-nın özünəməxsus bədiibaxış bucağından təqdim edərək ölkənin zəngin tarixi irsinin müasirhəyatın ritmi ilə harmonik vəhdətini əks etdirir. Geniş beynəlxalqauditoriya üçün hazırlanmış bu vizual hekayə vasitəsiləAzərbaycanın mədəni, sosial və insani siması nümayiş olunur.

Sərginin Heydər Əliyev Beynəlxalq Aeroportunda təşkil edilməsixüsusi rəmzi məna daşıyır. Regionun ən iri aviasiya qovşaqlarındanbiri olan və hər gün dünyanın müxtəlif ölkələrindən onminlərləsərnişini qəbul edən aeroport mədəni dialoq üçün unikal platforma,eyni zamanda Azərbaycanın vizual təqdimatında ilk təmas nöqtəsirolunu oynayır. Sərginin Terminal 1-in beynəlxalq zonasındayerləşdirilməsi onun qlobal miqyasını və beynəlxalq yönümlüxarakterini vurğulayır.

“Azərbaycan Hava Yolları”, “Boeing” və Heydər Əliyev BeynəlxalqAeroportunun layihəyə verdiyi dəstək tərəfdaşların mədənitəşəbbüslərin beynəlxalq aviasiya mühitinə inteqrasiyasına vəaviasiyanın mədəni mübadilə üçün körpü rolunun gücləndirilməsinədair ortaq baxışını əks etdirir. Vizual düşüncə xətti kimi qurulansərgi Azərbaycanı onun insanları, təbiəti və gündəlik həyatıvasitəsilə kəşf etməyə imkan yaradır. REZA-nın fotoları məkanınruhunu, ənənələrin davamlılığını və müasir Azərbaycanın mədənimüxtəlifliyini incə detallarla çatdırır.

Sərgidə REZA-nın müəllifi olduğu 44 fotoəsər nümayiş etdirilir.Ekspozisiyanın xüsusi bölməsi UNESCO-nun Dünya İrsi Siyahısınadaxil edilmiş abidələrə həsr olunub. Buraya Bakının İçərişəhərDövlət Tarix-Memarlıq Qoruğu və Şirvanşahlar Sarayı, Qobustan QayaSənəti Mədəni Landşaftı, eləcə də Şəki Xan Sarayı daxildir.

“Yüksələn işıq” adını daşıyan bu sərgi Azərbaycanın tarixini,mədəniyyətini və insan hekayələrini vahid bir baxışda əks etdirir.Bu layihə vasitəsilə biz ölkəmizi təkcə məkan kimi deyil, öz zəngindəyərləri və mədəni yaddaşı ilə qonaqlarımıza tanıdırıq”, – deyə“Azərbaycan Hava Yolları” QSC-nin İdarə Heyətinin sədri SamirRzayev bildirib. O, həmçinin qeyd edib ki, mədəni təşəbbüslərAZAL-ın fəaliyyətinin ümumi inkişaf xətti ilə uzlaşır vəaviaşirkətin texniki modernləşmə strategiyasını tamamlayır: “Bu ilAZAL donanmasına yeni nəsil “Boeing 787-9 Dreamliner” təyyarəsiqoşulacaq. İnanıram ki, bu addım sərnişinlərimizin xəyallarındakısəyahətləri gerçəkləşdirməyə mühüm töhfə verəcək”.

“Aviasiya insanları həm marşrutlar, həm də ortaq təcrübələrvasitəsilə birləşdirir”, – deyə “Boeing” şirkətinin Türkiyə vəMərkəzi Asiya üzrə icraçı direktoru Aysem Sarğın bildirib. Onunsözlərinə görə, “Yüksələn işıq” sərgisinə dəstək verməklə “Boeing”səyahətçilərin Azərbaycanın zəngin mədəniyyəti, tarixi və insanihekayələri ilə tanış ola biləcəyi bir məkanın yaradılmasından qürurduyur. Bu sərgi “Boeing”in əsas dəyərlərini əks etdirir: şirkətintəyyarələri yalnız səyahəti mümkün etmir, eyni zamanda dünyadainsanları, mədəniyyətləri və ideyaları bir-biri iləəlaqələndirir”.

Mədəni dialoq və səyahətin insani ölçüsü ideyası sərgininmüəllifi, fotoqraf REZA-nın bədii baxışında da öz dolğun ifadəsinitapır.

“Yüksələn işıq” Azərbaycanın ruhuna və əzabı dözümlülüyə,qaranlığı isə işığa çevirə bilmiş bir xalqa həsr olunmuşşahidliyimdir. Şair Ruminin dediyi kimi, “Yara işığın içinizəaxdığı yerdir”. Bu şəkillər vasitəsilə mən qədim irsinə sadiqqalaraq gələcəyə doğru addımlayan insanları müşahidə edirəm,” –deyə REZA bildirib.

REZA insan hekayələrinə və sosial kontekstə fokuslanan əsərləriilə tanınan dünya şöhrətli fotoqraf və fotojurnalistdir. O, 40ildən artıq peşəkar fəaliyyəti ərzində 100-dən çox ölkədə çalışaraqmüasir tarixdə baş verən mühüm hadisələri sənədləşdirib. REZAAzərbaycanda da geniş fəaliyyət göstərib, ölkənin yaxın tarixindəmühüm mərhələləri — XX əsrin sonlarında baş verən faciəlihadisələri, məcburi köçkünlərin talelərini, I və II Qarabağmüharibələrini öz obyektivi ilə əks etdirib.

Sülhün təşviqi və mədəni dialoqun inkişafına verdiyi töhfələrəgörə REZA Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevtərəfindən “Dostluq” ordeni ilə təltif olunub.

REZA-nın yaradıcılığı bir çox nüfuzlu beynəlxalq mükafatlarlaqiymətləndirilib. O, Nyu-York Beynəlxalq Fotoqrafiya Mərkəzinin“Infinity Award”, “Lucie Award”, fotoqrafiyaya verdiyi töhfələrəgörə “HIPA Award”, Missuri Universitetinin Fəxri Medalı kimimükafatların laureatıdır. REZA, həmçinin Paris AmerikaUniversitetinin fəxri doktoru, “Ashoka Senior Fellow” və FransanınMilli “Şərəf Legionu”nun zabitidir.

“Yüksələn
“Yüksələn
“Yüksələn
“Yüksələn
“Yüksələn
“Yüksələn
“Yüksələn
“Yüksələn
Seçilən
113
23
az.trend.az

10Mənbələr