
Hindistan və Avropa İttifaqı strateji partnyorluq və dialoqu gücləndirməyə qərar verib.
AFN.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen açıqlamasında bildirib. O qeyd edib ki, Hindistan və Avropa strateji partnyorluq, dialoq və açıqlıq yolunu seçib. Onun sözlərinə görə, tərəflər qarşılıqlı tamamlayıcı güclərindən istifadə edərək dünyaya alternativ yol göstərə bilərlər.
Fon der Lyayen və Avropa Şurasının sədri Antoniu Koşta yanvarın 27-də Yeni Dehlidə keçiriləcək 16-cı Hindistan–AB sammiti öncəsi Hindistanın Respublika Günü hərbi paradının fəxri qonaqları olublar. Onlar Hindistanın baş naziri Narendra Modi ilə görüşəcəklər.
Sammitin gündəliyinə Ukraynada münaqişə, Yaxın Şərqdə vəziyyət, dayanıqlı inkişaf, qabaqcıl texnologiyalar və innovasiyalar, həmçinin təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq məsələləri daxildir.
Hindistanın Xarici İşlər naziri Subramanyam Ceyşankar forum öncəsi bildirib ki, tədbir tərəflər arasında artan qarşılıqlı anlaşmanı və yaxınlaşmanı əks etdirəcək və münasibətlərdə yeni bir dövrün başlanğıcını simvollaşdıracaq.
Yerli KİV-lərin məlumatına görə, sammitdə Hindistan və AB azad ticarət sazişi üzrə danışıqların uğurla başa çatdığını elan etməyi planlaşdırır. Saziş yaxın aylarda, Avropa Parlamentinin təsdiqi də daxil olmaqla, hüquqi prosedurlar tamamlandıqdan sonra imzalanacaq. Həmçinin tərəflər 2030-cu ilədək təhlükəsizlik və müdafiə sahəsində partnyorluq