ain.az, Qafqazinfo saytına istinadən bildirir.
Taxılçılıq sahəsində fəaliyyət göstərən fermerləri düşündürən əsas suallardan biri mövsümə uyğun hansı gübrələrin tətbiq olunmasıdır.
“Humix”in ekspertləri bildirib ki, fevral ayından başlayaraq yaz aylarında bitkiləri qida elementləri ilə təmin etmək məqsədilə aqrokimyəvi tədbirlər aparılır.
Gübrələmə zamanı “Humix” şirkətinin liquidnitro (maye azot), attrak combi, “Humix +” kimi məhsullarının taxılçılıqda tətbiqi fermerlərimizə tövsiyə olunur. Taxılçılıqda tətbiq olunacaq gübrələrin tərkibləri və təsir mexanizmləri də önəmlidir.
Belə ki, liquidnitro (maye azot) tərkib olaraq 20%-li karbamid azotundan, 1% ammonium azotundan ibarətdir. Əsas təsiri bitki metabolizmini və fotosintezi sürətləndirərək kollanmanı, yarpaq kütləsini və zülal faizini artırmaqdır.
Attrak combi isə tərkib olaraq aşağıdakı mikroelementlərdən ibarətdir:
1. Dəmir - 6 %;
2. Sink - 5%;
3. Manqan 4%;
4. Bor 1%;
5. Mis 1% .
Əsas təsiri bitkinin mikroelement balansını tənzimləyir, metobalik-enzimatik proseslərin tənzimlənməsini formalaşdırır və bitkini xəstəliklərdən qoruyur.
“Humix +” tərkib olaraq aşağıdakılardan ibarətdir:
1. Orqanik maddə - 40 %;
2. Orqanik azot - 1%;
3. Potassium oksid - 2%;
4. Humik fulfik turşuları - 40 % ibarətdir.
Əsas təsiri kök sistemini möhkəmləndirməsi və torpaqda olan fosfor, kalium elementlərini mütəhərrik formaya çevirməsidir. Torpağın strukturunu yaxşılaşdırır, stressi aradan qaldırır.
Tətbiqlərin hansı aylarda aparılması digər vacib nüanslardan biridir. Tətbiq dövrü əsasən fevral, aprel aylarında aparılır.
Tətbiq zamanı iqlim şəraiti nəzərə alınmalıdır. Luidnitro və attrak combinin fevral və mart aylarında, “Humix +”un isə mart ayında tətbiq olumağı tövsiyə edilir.
Bu məhsullar yüksək texnologiyalara uyğun reseptura ilə hazırlandığından dəmyə və suvarılan sahələrdə təlimata uyğun tətbiqi zamanı məhsuldarlığın artmasına zəmin yaradır.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.