AZ

Müştəri: “Organic Restaurant” əvvəlcədən verdiyi şərtlərə əməl etməyib” - FOTO

Bakıda fəaliyyət göstərən “Organic Restaurant” ilə bağlı müştəri narazılığı ortaya çıxıb.
Şikayətçinin Patrul.az-a bildirdiyinə görə, restoran əvvəlcədən verdiyi məlumatlara əməl etməyib.
Müştəri bildirir ki, restorana gəlməzdən əvvəl müəssisənin rəsmi “Instagram” səhifəsinə yazaraq servis haqqının məbləğini dəqiqləşdirib və ona servis haqqının 8 faiz olduğu bildirilib. Eyni yazışmada müştəri şou proqramın ödənişli olub-olmamasını da soruşub və restorandan şou proqramın pulsuz olduğu cavabını alıb.
Qeyd olunan razılaşmadan sonra müştəri tərəfindən restorana 30 manat beh köçürülüb. Lakin restorana gəldikdə və hesab təqdim edildikdə qəbzdə 15 faiz servis haqqı göstərildiyi məlum olub. Bundan əlavə, əvvəlcədən ödənilən 30 manat beh ümumi hesabdan çıxılmayıb.
Müştərinin sözlərinə görə, restoran əməkdaşları bu durumu “şou proqram”la əlaqələndirərək, beh kimi ödənilən məbləğin guya şou proqrama sərf olunduğunu bildiriblər. Şikayətçi isə vurğulayır ki, ona əvvəlcədən nə servis haqqının dəyişə biləcəyi, nə də behin şou proqramla əlaqələndiriləcəyi barədə hər hansı məlumat verilməyib.
Müştəri hesab edir ki, bu hal istehlakçının əvvəlcədən düzgün məlumatlandırılmaması və müştəriyə qarşı qeyri-şəffaf münasibətin açıq göstəricisidir.

media-img_1758media-img_1759



Seçilən
11
yenilik.az

1Mənbələr