Türkiyə İranla sərhəd boyunca miqrasiya dalğasına qarşı bufer zona yaratmağı planlaşdırır.
KONKRET.az xəbər verir ki, bu barədə ölkə qəzeti Türkiyə Xarici İşlər Nazirliyinin parlamentin Xarici Əlaqələr Komitəsinə təqdim etdiyi məruzəyə istinadən məlumat yayıb.
Məlumata görə, nazirlik nümayəndələri deputatlara “bütün ehtimalları nəzərə alan” bir neçə ssenarinin hazırlandığını bildiriblər. Həmin ssenarilərdən biri miqrantların Türkiyə ərazisinə keçməsinin qarşısını almaq üçün İran tərəfdə bufer zonanın yaradılmasını nəzərdə tutur.
“Miqrasiya dalğası baş verərsə, gələnlərin İran tərəfində qalması üçün bufer zonanın olmasının vacib olduğunu düşünürük”, – deyə məruzədə vurğulanıb.
Bundan əlavə, nazirlik Türkiyənin region ölkələrinin daxili işlərinə xarici müdaxiləyə qarşı olduğunu və bölgədə daha böyük sabitliyin pozulmasını istəmədiyini də qeyd edib.
Müşviq Tofiqoğlu
KONKRET.az