525.az saytından alınan məlumata görə, ain.az bildirir.
Avstraliyanın Viktoriya ştatında meşə yanğınları davam edir.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, ştat hakimiyyəti Otvays bölgəsində davam edən yanğınlarla bağlı bir sıra tədbirlər görüb.
Gellibrand, Kavarren, Beech Forest, Forrest, Barongarook şəhərlərində və Böyük Otvay Milli Parkı ətrafında yaşayanlar da daxil olmaqla 1100 nəfər təxliyə edilib.
Hakimiyyət orqanları xəbərdarlıq edib ki, alovlar ştatın cənubundakı digər ərazilərə, eləcə də şərqdəki Lorne, Aireys Inlet və Anglesea kimi sahil şəhərlərinə də təsir göstərə bilər.
Yanğının nəzarət xətlərini aşma riskinin çox yüksək olduğunu bildirən hakimiyyət orqanları, yanğından indiyə qədər təxminən 94 min hektar ərazinin təsirləndiyini açıqlayıb.
Avstraliya Meteorologiya Bürosunun rəsmisi Diana Eadie ştatın bəzi yerlərində 2009-cu ildən bəri ən uzun istilik dalğasının yaşana biləcəyi barədə xəbərdarlıq edib. O bildirib ki, Mildura, Hopetoun və Valpeupda temperatur 48 dərəcə, Selsi, Horshamda 47 dərəcə və Hamiltonda 46 dərəcəyə çatacaq.
İbrahim Cəfərov
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.