AZ

Modi: Hindistan və Avropa İttifaqı arasında tərəfdaşlıq gücü artır

Modi: Hindistan və Avropa İttifaqı arasında tərəfdaşlıq gücü artır

Hindistanın Baş naziri Narendra Modi Avropa İttifaqının yüksək səviyyəli nümayəndələrinin vizitini ölkəsi üçün strateji əməkdaşlıq imkanları kimi qiymətləndirib.

AFN.az xəbər verir ki, bu barədə Modi Respublika Günü ilə bağlı keçirilən hərbi paradda bildirib.

Baş nazir vurğulayıb ki, Avropa Şurasının sədri Antoniu Koşta və Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin Hindistana səfəri ölkəsi üçün böyük əhəmiyyət daşıyır. Onun sözlərinə görə, onların iştirakı Hindistan və Avropa İttifaqı arasında tərəfdaşlığın artan gücünü və ortaq dəyərlərə sadiqliyi nümayiş etdirir. Modi əlavə edib ki, bu səfər müxtəlif sahələrdə əməkdaşlığın və qarşılıqlı əlaqənin dərinləşməsinə əlavə təkan verəcək.

Yanvarın 27-də Avropa nümayəndələri 16-cı Hindistan–AB sammitində sədrlik edəcəklər. Sammitin gündəliyinə Ukraynadakı münaqişə, Yaxın Şərqdə vəziyyət, dayanıqlı inkişaf, qabaqcıl texnologiyalar və innovasiyalar, eləcə də təhlükəsizlik və müdafiə sahəsində tərəfdaşlıq məsələləri daxildir.

Seçilən
17
afn.az

1Mənbələr