Uefa Çempionlar Liqasının 8-ci turunda baş tutacaq "Liverpul" - "Qarabağ" matçının hakimlər briqadası açıqlanıb.

Offsideplus.az xəbər verir ki, görüşün baş hakimi slovakiyalı İvan Kruzliak olacaq.Onun köməkçiləri Branislav Hançko və Yan Pozor olacaq.

Kruzliak bu mövsüm "Qarabağ"ın ÇL-in 3-cü təsnifat mərhələsində "Şkendiya"ya qarşı səfər matçında da söz sahibi idi.

İvan Kruzliak "Qarabağ"dan savayı, 2015-ci ildə Avropa Liqasının pley:off mərhələsində baş tutan "Panatinaikos" - "Qəbələ" (2:2) matçını da idarə edib.

Qeyd edək ki, "Liverpul" - "Qarabağ" matçı 29 Yanvar saat 00:00-da start götürəcək.