AZ

Avropa Mark Ruttenin NATO-dakı rolunu qiymətləndirib

Avropa siyasi dairələri NATO-nun Baş katibi Mark Ruttenin alyansdakı rolunu dəyərləndirib.

Editor.az xəbər verir ki Politico nəşrinin yazdığına görə, Mark Ruttenin əsas missiyası NATO-nun bütövlüyünü qorumaq və ABŞ Prezidenti Donald Trampın alyansı zəiflətməsinin və ya dağılmasının qarşısını almaqla məhdudlaşır.

“Hazırda onun rolu hərbi alyansı idarə etməkdən daha çox, bir nəfərin – Trampın – NATO-nu tamamilə məhv etməsinin qarşısını almağa yönəlib. Keçmiş Niderland baş naziri bu missiyada, Trampın qeyri-rəsmi məsləhətçisi qismində müəyyən uğurlar əldə edir”, – deyə nəşr qeyd edir.

Politico Ruttenin vəzifəsini “Brüsseldəki ən çətin postlardan biri” kimi xarakterizə edir. Nəşrə danışan yüksəkvəzifəli diplomat isə “onu izləmək əsl işgəncədir” ifadəsini işlədib.

Avropa Parlamentinin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü, Avropa Xalq Partiyasını təmsil edən Nikolas Paskual de la Parte isə bildirib:

“Rüzgara qarşı ip üzərində yerimək NATO-nun Baş katibi Mark Rutte kimi işləməkdən daha asandır. Mövcud şəraitdə Transatlantik Alyansın birliyini qorumaq və Trampın amansız gərginlik oyunlarını cilovlamaq misilsiz dövlətçilik bacarığı tələb edir”.

// Gülnarə Abasova, Editor.az

Seçilən
36
editor.az

1Mənbələr