AZ

Azərbaycan vacib təşəbbüslərlə çıxış edir- ÖZƏL

"Prezident İlham Əliyevin İsveçrə Konfederasiyasının Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda keçirdiyi görüşlər, apardığı müzakirələr yaddaqalan oldu. Bu ilki Davos Forumu da ölkəmizin iqtisadi potensialının beynəlxalq miqyasda tanıdılması və yeni formalaşmış siyasi reallıqların təşviqi baxımından əhəmiyyətli idi. Sözsüz ki, bu Forumda ölkəmizin yüksək səviyyədə təmsil olunması olduqca önəmlidir. Bu xüsusda Dünya İqtisadi Forumu çərçivəsində keçirilən görüşlər, təşkil edilən panel müzakirələr hər bir tərəf üçün faydalı amil kimi qiymətləndirilir". "Olaylar" xəbər verir ki, bunu YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib. Deputat qeyd edib ki, Azərbaycan Prezidentinin keçirmiş olduğu görüşlər, aparılan müzakirələr, qarşılıqlı təmaslar əsas vəzifələrin reallığa çevrilməsi baxımında faydalı oldu: "Azərbaycan digər mühüm vacib platformalar kimi Dünya Davos İqtisadi Forumunda da aktiv iştirak edir.  Bu ilki Forumda da qlobal iqtisadi və siyasi məsələlər ətrafında ciddi müzakirələr aparıldı. Nüfuzuna görə Davos Forumu yüksək reytinqə malik bir platforma olmaqla yanaşı dünyada gedən bir çox məsələlərin müzakirə edilməsi və proseslərin gedişində həll yollarının tapılması, qarşılıqlı maraq yaradan addımların atılması baxımından təsirlidir. Bu mənada Davosda aparılan müzakirələr dünya ictimaiyyətinin diqqət mərkəzində idi.

Azərbaycan Davos İqtisadi Forumunda 1995-ci ildən iştirak edir. 1995-ci ilin 27-31 yanvar tarixlərində Ulu Öndər Heydər Əliyev ilk dəfə olaraq Forumda iştirak edib. Prezident İlham Əliyev tərəfindən sonrakı dövrdə bu ənənə uğurla davam etdirilib. Bu bir reallıqdır ki, ərazi bütövlüyünü və suverenliyini, beynəlxalq hüququ təkbaşına təmin etmiş Azərbaycan regional və qlobal miqyasda sülhün, əməkdaşlığın tərəfdarı kimi vacib təşəbbüslərlə çıxış edir. Məhz bunun fonunda Cənubi Qafqazın lider dövləti kimi Azərbaycan hər il sosial-iqtisadi, siyasi, enerji, nəqliyyat və digər sahələrdə uğurlar əldə edir. Bu amil isə ölkəmizin Davos İqtisadi Forum kimi vacib bir platformada fəallığının ilbəil artmasına səbəb olur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
16
olaylar.az

1Mənbələr