AZ

Peçenye fabrikində PARTLAYIŞ: 4 ÖLÜ

Ajans.az xəbər verir ki, bu barədə Yunanıstanın ERT-news televiziya kanalı məlumat yayıb. Partlayış yerli vaxtla səhər saat 4:00-da (Bakı vaxtı ilə 6:00) baş verib və ardınca böyük yanğın yaranıb. Hadisə zamanı fabrikdə 12-13 nəfər olub və sobalar fasiləsiz işləyib. Yanğınsöndürənlər və polis cinayətkarlıq şöbəsinin mütəxəssisləri hadisə yerinə cəlb edilib. Səhər saat 9:00-dan (Bakı vaxtı ilə 11:00) etibarən əvvəlcə üç, daha sonra dördüncü qurbanın cəsədi tapılıb. Hələ də bir qadın itkin sayılır. İlkin araşdırmalara görə, partlayışın səbəbi ammonyak və propan ola bilər.

Seçilən
23
Ajans.az

1Mənbələr