AZ

Azərbaycanın sədrliyi dövründə APA-nın tərkibi genişlənib

Bakı. Trend:

Azərbaycan Respublikasının Milli Məclisinin Asiya ParlamentAssambleyasına sədrliyi dövründə ölkəmiz Assambleya çərçivəsindəəməkdaşlığın və dialoqun dərinləşdirilməsi istiqamətində fəalsəylər göstərib.

Trend xəbərverir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova BəhreynKrallığında keçirilən Asiya Parlament Assambleyasının 16-cı plenarsessiyasında çıxışı zamanı ölkəmizin sədrliyi dövründə əldə olunannailiyyətlər barədə danışarkən deyib.

Onun sözlərinə görə, cari ildə APA-nın yaradılmasının 20-ciildönümünün qeyd edildiyi bir məqamda Assambleya artıq konstruktivdialoq və həmrəylik üçün mühüm çoxtərəfli təsisata çevrilib.

Spiker Sahibə Qafarova Azərbaycanın sədrliyi dövründə təşkilatıntərkibinin genişləndiyini qeyd edib. O, bu dövrdə institusionalinkişaf məsələlərinə xüsusi diqqət yetirildiyini, Büro iclaslarınınyenidən keçirilməyə başlandığını və onların Daimi komitələriniclasları çərçivəsində keçirildiyini diqqətə çatdırıb.

Bildirilib ki, bu öz növbəsində təşkilatın gündəliyindəkiməsələləri daha operativ şəkildə nəzərdən keçirməyə və müzakirəetməyə imkan verir. Bununla yanaşı, Assambleyanın fəaliyyətinigücləndirəcək yeni mexanizmlərin yaradılmasına böyük diqqətyetirildiyi, o cümlədən Azərbaycan tərəfindən Qadınlar üzrəKomissiyanın təsis edilməsi təşəbbüsünün irəli sürüldüyüvurğulanıb.

Həmçinin bildirilib ki, sədrliyimiz dövründə APA-nın büdcəsininformalaşdırılmasına dair qərar üzrə konsensus əldə edilib ki, bu daAssambleyanın imkanlarının genişləndirilməsi baxımından mühüməhəmiyyət kəsb edir.

Seçilən
86
3
az.trend.az

4Mənbələr