AZ

Reabilitasiya xidməti göstərilənlərin sayı 15 faiz artıb

“2025-ci il ərzində 54 500 nəfərə əlillik təyinatı aparılıb. Bu, 2024-cü illə müqayisədə artım deməkdir. Həmin təyinatların 25 300-ü ilkin, qalan hissəsi isə təkrar əlillik təyinatlarıdır. Ümumilikdə əlillik təyinatları üzrə 74 min forma daxil olub”.Metbuat.az-ın məlumatına görə, bu sözləri Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev 2025-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib. Agentlik sədri qeyd edib ki, son üç ilin təhlillərinə əsasən, müraciətlərin 55-56 faizini yeni törəmə bəd xassəli şişlər və psixoloji xəstəliklər təşkil edir. Təyinatların 36 faizi isə orqanizmin funksiyalarının 65-80 faiz pozulması (keçmiş II dərəcə) ilə bağlıdır.Ramin Rzayev reabilitasiya sahəsində əldə olunan nəticələri də diqqətə çatdırıb:“Ötən il 141 800 nəfərə reabilitasiya xidmətləri göstərilib ki, bu da 2024-cü ilin göstəricisi (123 min nəfər) ilə müqayisədə 15 faiz artım deməkdir. Xidmət alanların 78 600 nəfəri ambulator qaydada müalicə olunub. Stasionar xidmət alanların sayı isə 34 minə yaxın olub. Hazırda Agentliyin tabeliyində 1-i Bərdə DOST mərkəzi olmaqla, ümumilikdə 16 reabilitasiya mərkəzi fəaliyyət göstərir. Müasir avadanlıqlarla təchiz olunmuş bu mərkəzlərdə əlilliyi olan şəxslərə ardıcıl və təkmilləşdirilmiş xidmətlər təqdim olunur”.

Gülbəniz Hüseynli / Metbuat.az

Seçilən
27
1
metbuat.az

2Mənbələr