AZ

Çağırışçıların tibbi müayinəsi belə aparılır?

Çağırışçıların tibbi müayinəsi elektron sistem üzərindən aparılır.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində 2025-ci ildə görülmüş işlərin yekunları və qarşıda duran hədəflərə dair keçirilən mətbuat konfransında agentliyin İdarə Heyətinin sədri Ramin Rzayev məlumat verib.

Onun sözlərinə görə, müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi Agentliyin Tibbi Qiymətləndirmə Mərkəzində həyata keçirilir. 

Dörd kateqoriya üzrə rəy verilmiş çağırışçılar elektron növbəlilik prinsipi əsasında peşəkar mütəxəssislər tərəfindən əyani müayinə olunurlar.

Qeyd edilib ki, müayinə nəticəsində qəbul edilən qərarlar elektron sistemə daxil edilir və çağırışçılar nəticələr barədə elektron qaydada məlumatlandırılırlar.

Seçilən
139
cebheinfo.az

1Mənbələr