UEFA Çempionlar Liqasının Liqa məhələsinin 8-ci turunda "Liverpul"un qonağı olacaq "Qarabağ" bu gün İngiltərəyə yola düşüb.
Fanat.Az xəbər verir ki, Ağdam təmsilçisini mənzil başına çatdıracaq təyyarə Bakı vaxtı ilə saat 15:00-da havaya qalxıb.
"Qarabağ"ın 7 saatadan sonra Liverpulda olacağı gözlənilir.
Xatırladaq ki, “Liverpul” - “Qarabağ” oyunu yanvarın 28-də keçiriləcək. Matçın start fiti Bakı vaxtı ilə 00:00-da səsləndiriləcək.