AZ

“Sehrli qələm” İmtahan nəzarətçilərinin yeni problemi VİDEO

ain.az bildirir, Bakupost portalına istinadən.

İmtahanlara nəzarət nə qədər sərtləşdirilsə də, qayda pozuntularının qarşısını tam almaq mümkün olmur. Abituriyentlər və tələbələr imtahandan daha rahat keçmək üçün müxtəlif üsullara əl atırlar.

Bakupost.az xəbər verir ki, bu üsullardan biri son günlər sosial şəbəkələrdə gündəm olub.

İnstaqramda “Sehrli qələm” adı ilə satışa çıxarılan qələmlərin imtahan zamanı köçürməyə şərait yaratdığı bildirilib. Görüntülərdə qələmin içərisində xüsusi mexanizmin olduğu görünür. Belə ki, qələmin qapaq hissəsindən çıxan kiçik vərəqə qeydlər yazmaq mümkündür, qapaq bağlandıqda isə vərəq avtomatik şəkildə yenidən qələmin içinə daxil olur.

Həmin görüntüləri təqdim edirik:

Lalə, BakuPost

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
www.bakupost.az

1Mənbələr