AFFA-nın bayrağı altında təşkil edilən Gənclər Liqasında XIV turun oyunları keçirilib.
Msport.az xəbər verir ki, liderlər “Qarabağ”la “Sabah” büdrəyib.
Bakılılar “Turan Tovuz”la heç-heçə edib. “Qarabağ” isə “Qəbələ”yə böyük hesabla uduzub. Bu qalibiyyət sayəsində “Qəbələ” liderliyə şərik olub.
“Araz-Naxçıvan” – “Neftçi” – 0:4
Qollar: Emin Süleymanov, 14; Kamran İsmayılov, 39; Emir Fətiyev, 46; Elvin Vəliyev, 54
“Qarabağ” – “Qəbələ” – 0:3
Qollar: Rəvan Feyziyev, 19; Ömər Kərimov, 43; Ariz Kərimov, 74 (pen.)
EFA – “Şamaxı” – 3:2
Qollar: Nicat Quluzadə, 23; Ramal Abışov, 27; Ayxan Hüseynov, 41 – İlham Beybutov, 20, 53
“Kəpəz” – “Dinamo” (Bakı) – 5:2
Qollar: Elxan Məmmədov, 6, 23; Məhəmməd Allahverdiyev, 31; Sənan Şamilov, 55; İsabala Məmmədli, 76 – Xəzər Əmraslanov, 26; Rəsul Məmmədli, 45
“Zirə” – “Sumqayıt” – 2:1
Qollar: Məhəmməd Məmmədov, 59; Tunar Ocaqlı, 72 – Vəli Abbasov, 8
“Turan Tovuz” – “Sabah” – 1:1
Qollar: Tural Həsənov, 16 – Babamirzə Mehdiyev, 51
Qeyd edək ki, hazırda “Sabah” və “Qəbələ” hərəyə 33 xalla ilk iki pilləni bölüşür. Üçüncü sıradakı “Qarabağ”ın aktivində 31 xal var.
| Yer | Komanda | O | Q | H | M | VQ | BQ | T/F | Xal | |
| 1 | Sabah | 14 | 10 | 3 | 1 | 55 | 14 | 41 | 33 | |
| 2 | Qəbələ | 14 | 11 | 0 | 3 | 33 | 8 | 25 | 33 | |
| 3 | Qarabağ | 14 | 9 | 4 | 1 | 64 | 22 | 42 | 31 | |
| 4 | Neftçi | 14 | 10 | 1 | 3 | 44 | 23 | 21 | 31 | |
| 5 | Zirə | 14 | 8 | 2 | 4 | 37 | 23 | 14 | 26 | |
| 6 | Turan Tovuz | 14 | 5 | 2 | 7 | 18 | 25 | -7 | 17 | |
| 7 | Kəpəz | 14 | 5 | 2 | 7 | 17 | 23 | -6 | 17 | |
| 8 | Sumqayıt | 14 | 5 | 2 | 7 | 20 | 25 | -5 | 17 | |
| 9 | EFA | 14 | 4 | 1 | 9 | 22 | 46 | -24 | 13 | |
| 10 | Dinamo (Bakı) | 14 | 3 | 0 | 11 | 14 | 64 | -50 | 9 | |
| 11 | Araz-Naxçıvan | 14 | 3 | 0 | 11 | 12 | 43 | -31 | 9 | |
| 12 | Şamaxı | 14 | 2 | 1 | 11 | 25 | 45 | -20 | 7 | |
| Bombardirlər: Anar Hüseynov (“Sabah”) – 17; Toheeb Oluwasegun Abiodun, Əli Əliyev (hər ikisi “Qarabağ”) – 13; Toğrul Tapdıqlı (“Sabah”) – 11 qol. | ||||||||||