AZ

Azərbaycanda 124 İsrail şirkəti işləyir

Azərbaycanda 124 İsrail şirkəti fəal şəkildə layihələr həyata keçirir.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov israilli həmkarı Gideon Saar ilə bigə Bakıda keçirilən mətbuat üçün brifinqdə deyib.

Onun sözlərinə görə, 2025-ci il bu istiqamətdə çox əlamətdardır:

"Çünki bu il ərzində SOCAR ilk dəfə olaraq İsrailin ən böyük qaz yataqlarında on faizlik pay aldı. Bu qaz təchizatı üçün çox əhəmiyyətə malikdir".

Nazir, həmçinin, Azərbaycanda fəaliyyət göstərən israilli iş adamları, eləcə də Ələt Azad iqtisadi Zonası ilə bağlı da fikir mübadiləsi apardıqlarını söyləyib:

"Eyni zamanda, ötən ili təhlil edərkən iki ölkə arasındakı turizm sahəsini də müzakirə etdik. 2025-ci ilin 11 ayı ərzində 2024-cü illə müqayisədə Azərbaycana gələn turist sayı iki dəfədən çox artıb".

report

Seçilən
64
4
banco.az

6Mənbələr