AZ

Bernardo Silva “Barselona”nı arzulayır

“Mançester Siti”nin hücumameyilli yarımmüdafiəçisi Bernardo Silva “Barselona”ya keçmək arzusundadır.

Msport.az xəbər verir ki, 31 yaşlı portuqaliyalı futbolçu agenti Jorje Mendeş vasitəsilə Kataloniya klubuna mövqeyini bildirib və “Barselona”da oynamaq istədiyini açıq şəkildə çatdırıb.

“Blauqrana” rəhbərliyi Silvanın keyfiyyətlərinə şübhə etmir. Lakin hazırkı mərhələdə klub əsas diqqəti akademiya məzunlarına və artıq heyətdə olan mərkəz yarımmüdafiəçilərinə yönəldib. “Barselona” transferlər üçün vəsait ayırmağa hazır olsa da, prioritet mövqelər hücum xətti və mərkəz müdafiəsi hesab olunur.

Qeyd edək ki, Bernardo Silva 2017-ci ildən “Mançester Siti”nin formasını geyinir.

Seçilən
18
2
msport.az

3Mənbələr