“Latsio” və “Atalanta” əfsanəvi Paolo Maldininin oğlu, hücumameyilli yarımmüdafiəçi Daniel Maldininin transferi ilə bağlı razılığa gəlməyə yaxındırlar.
Publika.az xəbər verir ki, bu barədə italyan insayder Nikola Şira məlumat verib.
Tərəflər artıq 1 milyon avroluq icarə müqaviləsinin yekunlaşdırılmasına başlayıblar. Müqaviləyə əsasən, oyunçu 11 milyon+2 milyon avro bonuslara alına bilər. Əgər “qartallar” Avropa yarışlarına vəsiqə qazanarsa, bu müqavilə qüvvəyə minəcək.
Futbolçu Roma klubu ilə 2030-cu ilə qədər müqavilə imzalayacaq və ildə 1,4 milyon avro qazanacaq.