
Nigeriya Prezidenti Bola Əhməd Tinubu türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 26-28 yanvar 2026-cı il tarixlərində Türkiyəyə rəsmi səfər edəcək.
Missiya.Az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məlumat yayıb.
Səfər çərçivəsində Türkiyə ilə Nigeriya arasında ikitərəfli münasibətlər bütün aspektlərdə nəzərdən keçiriləcək və əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş müqavilələrin imzalanması planlaşdırılır.
Regional və beynəlxalq məsələlərlə bağlı geniş müzakirələr də aparılacaq.
Bundan əlavə, səfər çərçivəsində Prezident Tinubunun biznes liderləri ilə görüşəcəyi dəyirmi masa təşkil olunacaq.
İlahə Qənbərli
Missiya.Az