AZ

Ailə həyatı müğənniliklə əlaqədar deyil - Yeganə

Yazını böyüt
Yazını kiçilt

Müğənni Yeganə Mürsəlova "Oğluma ifaçı qız almaram" deyənləri tənqid edib.

Hafta.az xəbər verir ki, sənətçi bu haqda "Rəngarəng" verilişində danışıb. O bildirib ki, ailə həyatı müğənniliklə əlaqədar deyil:

"Həkimlər gecə yarısına qədər xəstəxanada qalır. Təyyarədə çalışanlar gecə uçuşlarda olur. Onda insanlar həkimlə, təyyarədə çalışan xanımla evlənməsinlər? Bu, nə deməkdir? 200-ə yaxın xanım ifaçı var. Onun 50-sinin ailəsi yoxdur və ya dağılıb. Ölkədə nə qədər ailəsi dağılan qadın var. Bunun müğənniliklə nə əlaqəsi?".

Seçilən
90
hafta.az

1Mənbələr