AZ

"Rəqəmsal dövlət maliyyəsi" informasiya sistemi haqqında Əsasnamə" təsdiqlənib - FƏRMAN

Bakı. Trend:

"Rəqəmsal dövlət maliyyəsi" informasiya sistemi haqqındaƏsasnamə" təsdiq edilib.

Trend xəbər verir ki, bununlabağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti buFərmandan irəli gələn məsələləri həll etməlidir.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi “Rəqəmsal dövlətmaliyyəsi” informasiya sisteminin (bundan sonra ̶̶ RDMİS)formalaşdırılması, aparılması, fəaliyyətinin təşkili və inkişafetdirilməsi üçün zəruri tədbirlər görməlidir.

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və NəqliyyatNazirliyi ilə birlikdə RDMİS-in Azərbaycan RespublikasıPrezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilətəsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğunolaraq “Hökumət buludu”nda yerləşdirilməsi, aparılması vətəkmilləşdirilməsi, habelə RDMİS-in “Dövlət informasiyaehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahidreyestri”nə və fərdi məlumatların informasiya sistemlərinin dövlətreyestrinə daxil edilməsi üçün tədbirlər görməlidir.

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və NəqliyyatNazirliyi bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilən Əsasnamənin4-cü hissəsində qeyd olunan məlumatların ilkin mənbəyiniformalaşdıran dövlət qurumları ilə birlikdə həmin məlumatlarınElektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə olunmasınıtəmin etmək məqsədilə üç ay müddətində zəruri tədbirlər görsün vəbu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumatverməlidir.

Seçilən
43
12
az.trend.az

10Mənbələr