Bakı. Trend:
Azərbaycan Respublikasında dövlət maliyyəsinin idarə edilməsindərəqəmsallaşmanın genişləndirilməsi istiqamətində yeni mərhələbaşlanır. Prezident İlham Əliyevin 2026-cı il 26 yanvar tarixliFərmanı ilə “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin(RDMİS) Əsasnaməsi təsdiq edilib.
Trend MaliyyəNazirliyinə istinadən xəbər verir ki, bu sənəd sisteminfəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyənetməklə dövlət maliyyəsinin daha səmərəli, şəffaf və çevik idarəolunmasını təmin etmək, maliyyə proseslərində rəqəmsaltexnologiyaların tətbiqini genişləndirmək məqsədi daşıyır. Yeniinformasiya sistemi dövlət maliyyəsinin planlaşdırılması, icrası,nəzarəti və təhlili sahələrində vahid rəqəmsal mühitinformalaşdırılmasını hədəfləyir.
RDMİS-nin sahibi və operatoru Azərbaycan Respublikasının MaliyyəNazirliyidir. Sistem müxtəlif istiqamətlərdə rəqəmsal idarəetmənitəmin edən 13 əsas altsistemdən ibarətdir. “Büdcə məlumatlarınıidarəetmə”, “Dövlət maliyyə nəzarəti”, “Dövlət proqramlarının vəinvestisiya xərclərinin maliyyələşdirilməsi”, “Dövlət borcunun vəmaliyyə öhdəliklərinin idarə edilməsi”, “Dövlət müəssisələrininrəqəmsal monitorinqi”, “e-azadolma”, “e-müqavilə”, “e-muhasibat”,“e-rüsum”, “e-mədaxil”, “Elektron ciddi hesabat blankları”,“Xəzinədarlığın rəqəmsal idarə edilməsi” və “İnzibati cərimələrinmərkəzi avtomatlaşdırılmış lövhəsi” bu altsistemlərə daxildir.
Əsasnaməyə görə tam inteqrasiya olunmuş vahid ekosistem kimiformalaşdırılan “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemidövlət və icmal büdcələrin gəlir və xərclərinin idarə edilməsini,dövlət vəsaitlərinin məqsədli və səmərəli xərclənməsinə nəzarəti,dövlət borcu və maliyyə öhdəliklərinin monitorinqini, dövlətinvestisiya layihələrinin qiymətləndirilməsini vəmaliyyələşdirilməsini, dövlət büdcəsinin kassa icrasını və dövlətvəsaitlərinin mərkəzləşdirilmiş idarə olunmasını, mühasibat uçotu,həmçinin dövlət rüsumları, inzibati cərimələr, elektronmüqavilələr, elektron mühasibat uçotu və digər mühüm istiqamətləriəhatə etməklə maliyyə əməliyyatları üzrə məlumatların real vaxtrejimində toplanmasını və təhlilini təmin edəcək.
Yeni sistem dövlət qurumları, hüquqi və fiziki şəxslər üçünelektron kabinetlər vasitəsilə əlçatan olacaq, maliyyəməlumatlarının dəqiqliyini və etibarlılığını artıracaq, qərarqəbuletmə prosesində analitik imkanları genişləndirəcək.
Fərmanın icrası ilə bağlı Maliyyə Nazirliyinə və Rəqəmsalİnkişaf və Nəqliyyat Nazirliyinə müvafiq tapşırıqlar verilib. Butapşırıqlar çərçivəsində sistemin formalaşdırılması,təhlükəsizliyinin təmin edilməsi, dövlət informasiya sistemləri iləinteqrasiyası və təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlərgörüləcək.
“Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi dövlət maliyyəidarəçiliyində şəffaflığın və səmərəliliyin artırılmasına vərəqəmsal hökumət prinsiplərinin daha geniş tətbiqinə mühüm töhfəverəcək.