AZ

“Deutsche Bank” süni intellektə görə 100 filialını bağlayır


“Deutsche Bank” Almaniyada təxminən 100 filialını bağlayır.
Yeniavaz.com
DPA agentliyinə istinadla xəbər verir ki, buna səbəb süni intellekt texnologiyalarının daha geniş tətbiqidir.
Agentliyin məlumatına görə, ötən ilin sonuna qədər “Deutsche Bank” və onun törəmə şirkəti “Postbank” 750-dən çox filialda 19 milyona yaxın müştəriyə xidmət göstərib.
İdarə heyətinin üzvü və xüsusi müştərilər bölməsinin rəhbəri Klaudio de Santisin sözlərinə görə, filiallar öz rollarını oynamaqda davam edəcək, lakin onların əməliyyat formaları dəyişəcək.
Hazırda işçilər inzibati işlərlə çox məşğuldurlar. Ancaq yeni qərar onların məsləhətləşmələrə daha çox vaxt ayırmasına imkan verəcək.
Ev almaq və ya investisiya qoymaq kimi əsas maliyyə qərarları qəbul edilərkən fərdi məsləhətləşmələr olduğu kimi qalacaq.
Rəqəmsallaşma işçilərin ixtisarına səbəb olacaq, lakin bu, əsasən işdən çıxan işçilərin əvəzlənməsi deyil, təbii kadr dəyişikliyi hesabına baş verəcək.
Bank müştərilərinə mobil tətbiqdən istifadə etməyə kömək etmək üçün süni intellektlə işləyən rəqəmsal köməkçi hazırlayır.
Seçilən
89
yeniavaz.com

1Mənbələr