AZ

Sabunçuda 16 kq narkotik vasitə aşkarlandı

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçiriblər.
 
7News.Az xəbər verir ki, əməliyyatlar zamanı narkokuryerliklə məşğul olmaqda şübhəli bilinən 29 yaşlı Mirtərlan Əsgərzadə və 37 yaşlı qadın saxlanılıb.

Həmin şəxslərdən 16 kiloqramdan artıq tərkibinə psixotrop maddələr əlavə edilən marixuana, metamfetamin və tiryək aşkarlanıb. Saxlanılan şəxslər ifadələrimdə narkotikləri sosial şəbəkədə tanış olduqları İran vətəndaşları vasitəsilə əldə etdiklərini və paytaxt ərazisində ayrı-ayrı ünvanlara pul müqabilində çatdıracaqlarını bildiriblər. Faktlarla bağlı cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Sabunçu rayonunda polis əməkdaşları tərəfindən cari ilin əvvəlindən keçirilən əməliyyatlar zamanı 37 kiloqram müxtəlif xassəli narkotik vasitə qnunsuz dövriyyədən çıxarılıb.
Seçilən
13
19
7news.az

10Mənbələr